“Onda gərək ac qala” – Xalq artisti kimə HAQQ QAZANDIRDI?
“Keyfiyyət barədə düşünsə, onda gərək ac qala”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Taryel Qasımov deyib.
O, gənc sənətdən çox pul dalınca qaçan aktyorlarla bağlı fikirlərini bölüşüb və bunu səbəblərini açıqlayıb:
“Gənc aktyorları heç qınamaq da olmur. Dolanışıq da lazımdır. Buna görə də sənətdən çox məcburdur ki, pul dalınca qaçsın. Keyfiyyət barədə düşünsə, onda gərək ac qala. O da ailə saxlayır, kreditini verir, kommunal xərclərini ödəməlidir. Buna görə də təklif olunan istənilən seriala, filmə çəkilmək məcburiyyətindədir.
Bizim vaxtımızda belə deyildi. Sənətə dəyər verilirdi. Məsələn, məni bir filmə dəvət edəndə qonorarı özüm müəyyənləşdirirdim. Tutalım, deyirdilər, 100 manat, özümü naza qoyurdum, deyirdim, azdır, 200 manat verin çəkilim. O qonorarı alıb, sonra çəkilirdim. Amma indikilərin o şansı yoxdur. Nə gəldi, necə gəldi çəkilirlər”.
Cəvahir