!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onlara salam verilməməli, toylarına, yaslarına da gedilməməlidir" - Elman Nəsirov

!Reklam – Yazi

Milli Məclisin deputatı Avropada və Qərb ölkələrində məskunlaşmış mühacirlərlə bağlı çağırışla çıxış edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elman Nəsirov xaricdə məskunlaşan bir qrup mühacirin Azərbaycan əleyhinə fəaliyyətinə diqqət yönəldib.

Elman Nəsirovun sözlərinə görə, həmin şəxslərin ictimai qınağın hədəfinə gətirilməsi üçün konkret addımlar atılmalıdır:

“Onlar Azərbaycan prezidentindən tutmuş, deputatlara qədər hər kəsi ən ağır ifadələrlə təhqir edirlər. Biz onların səviyyəsinə enməyib, onlara cavab vermədikcə, hesab edirlər ki, bizim deməyə sözümüz yoxdur. Mənim fikrimcə o ünsürlərin ictimai qınağın hədəfinə gətirilməsi lazımdır”.

Elman Nəsirov sonda çağırış edərək “onlara salam verilməməli, hətta onların toylarına, yaslarına gedilməməlidir”, deyib.

www.yenicag.az

5214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv