!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onun fikirləri sovetdənqalma şüardır" - "Qaçqınkom" sədri qınaq obyektində

!Reklam – Yazi

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov APA-ya müsahibəsində bildirib ki, 2020-ci ildə ölkədə kasıb adam qalmayacaq.

Qeyd edək ki, hazırda ölkədə rəsmi rəqəmlərə görə əhalinin 5 faizi yoxsulluq səviyyəsindədir. Digər tərəfdən, 2015-ci ilin devalvasiyasından sonra iqtisadi aktivlik aşağı düşüb.

Ə. Həsənovun bu açıqlamasını Yenicag.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli həmin fikirləri sırf sovetlərdənqalma siyasi bəyanat kimi xarakterizə edərək, onun heç bir iqtisadi əsasının olmadığını bildirdi:

“Əslində, dünyada yoxsul əhalinin olmadığı heç bir ölkə yoxdur. ABŞ, Yaponiya, Avstraliya, İsveçrə kimi inkişaf etmiş ölkələrdə belə yoxsul əhaliyə rast gəlmək olar. Bu, normaldır, qeyri-adi heç nə yoxdur. Çünki hamının eyni səviyyədə yaşaması mümkün deyil. ABŞ-ın özündə belə yoxsulluq səviyyəsi 9 faizdir ki, bu da 25 milyon əhali deməkdir. Amma amerikalılar bundan heç bir kompleksə düşmür, çünki normal haldır. Ona görə də Əli Həsənovun həmin açıqlaması sovetdənqalma şüara bənzəyir. Ona görə hökumətin belə məsələlərdə kompleksə girməyini də anlamıram. Sovetlər dönəmində müəyyən müddətdən sonra oxumayan adamın qalmayacağı, elektrik xətti çəkilməyən kəndin olmayacağını bəyan edirdilər. Sadəcə, dövlətlərin sosial siyasəti fərqli olur. Azərbaycanda yoxsulluq səviyyəsini rəqəm olaraq çox aşağı göstərəndə təbii ki, günü sabah yoxsulluğa qalib gəlindiyini elan etmək olar. Məsələn, yoxsulluq səviyyəsini 60-70 manata salsalar, deyə bilərlər ki, daha ölkədə yoxsul insan yoxdur. Çünki ondan aşağı sosial müavinət, təqaüd və maaş alan insan yoxdur. Bu fikrin heç bir iqtisadi əsası da yoxdur. Hökumətin vəzifəsi yoxsul insanlara sosial dəstəyin göstərilməsində aktiv rol oynamaqdan ibarətdir və buna da çalışmalıdırlar”.

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli də düşünür ki, qarşıdan gələn 2 il ərzində ölkədə yoxsulluq səviyyəsini sıfıra endirmək mümkün olan proses deyil:

“Əslində, dövlət adamlarının yoxsulluğu tamamilə aradan qaldırmaq məsələsini hədəfə götürmələri sevindirici haldır. Amma iqtisadçı kimi təcrübədən çıxış edərək düşünürəm ki, 2 il ərzində ölkədə yoxsulluğu tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda uzun illərdir eyni siyasi kurs davam etdirilir. Lakin buna baxmayaraq, hələ də ölkədə kifayət qədər kasıb adam var”.

ELÇİN

COP29

www.yenicag.az

2273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv