!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC+ hasilatı daha çox azaldacaq

!Reklam – Yazi

OPEC+ Rusiya sanksiyaları və təklif olunan tavan qiymət ərəfəsində neft hasilatının daha sərt şəkildə azaldılmasını nəzərdən keçirəcək.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 neft hasil edən ölkədən ibarət OPEC+ hasilat siyasətinin növbəti mərhələsi ilə bağlı qərar vermək üçün bazar günü bir araya gələcək. OPEC və qeyri-OPEC neft istehsalçılarının bazar günü neft hasilatını daha sərt şəkildə azaldacağı gözlənilir.

Analitiklərə görə, Rusiyanın xam neft idxalına qadağanın qoyulması neft qiymətlərini artıra bilər və buna görə də G-7 ölkələri Rusiya nefti üçün ödəyəcəyi məbləğə qiymət həddi qoymağa vadar olub. Kreml isə xəbərdarlıq edib ki, Rusiya neftinə qiymət tavanı təyin etmək cəhdi xeyirdən çox zərər verəcək.

Gülşən

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv