!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əliyev əməliyyat olunubmuş? - Ailəsindən AÇIQLAMA

!Reklam – Yazi

Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfat etdiyi qəzadan danışıb.

Yenicag.az xəbər verir ki, Vüsal mərhumun əməliyyat keçirməsi haqda yayılan xəbərləri şayiə adlandırıb:

“Əməliyyat olunmayıb. Oqtayın ürəyində problem yox idi. Avtomobili idarə edən zaman sükan arxasında bir anlıq huşunu itirib. Onda da idarəetməni itirib”.

Vüsal bildirib ki, D.Əliyeva xəstəxanadan evə gətirilib:

“Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım gətirib”.

Aktyor Oqtay Əliyevin harada dəfn olunacağı ilə bağlı sualı da cavablandırıb:

“Oqtayın dəfni ilə bağlı ailə üzvləri onun Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər. Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki onun nənəsi orada dəfn olunub.

Bacım Dilarə dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun Qurd Qapısı qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik”.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv