!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əsədov: "2 milyondan artıq insan erməni vəhşiliyinin qurbanı olub"

!Reklam – Yazi

Milli Məclisin bugünkü plenar iclası “31 mart – azərbaycanlıların soyqırımı”nın 100 illiyinə həsr edilib. Spiker qeyd edib ki, bu il imzaladığı sərəncama əsasən azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirillir və Milli Məclisin bugünkü iclası da sözügedən məsələyə həsr olunub.

Yenicag.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov ermənilərin 100 əvvəl xalqımıza qarşı törətdikləri vəhşilik haqqında çıxış edib. O, 1918-ci il 31 mart soyqırımını Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri adlandırıb.

“Xalqımıza qarşı erməni vəhşiliyi təqribən iki əsr əvvəldən başlayıb. Çar Rusiyasının 1828-ci ildə Azərbaycanı tam işğal etməsi və ermənilərin kütləvi sürətdə bizim torpaqlara köçürülməsi xalqımızın üzləşdiyi yeni faciələrin əsasını qoydu. Çar Rusiyasının bölgədə demoqrafik vəziyyəti dəyişmək siyasətindən maksimum yararlanan ermənilər xalqımızı öz torpaqlarından sıxışdırmağa başladılar. Ermənilərin bu fəaliyyəti xalqımıza qarşı faciələrin əsasını qoydu. Onların Şərqi Anadoluda və Cənubi Qafqazda tərətdikləri cinayətlər silsiləsinin ən böyüyü isə 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırımı oldu. Ermənilərin xalqımıza qarşı vəhşilikləri sovet dövründə də davam etdirildi. Sovetlərin himayəsi ilə Azərbaycanın Göyçə və Zəngəzur mahallarını ələ keçirən ermənilər həmin bölgələrdə etnik təmizləmə apardılar.

Bütün bu məsələlər ümümmilli lider Heydər Əliyev və cənab prezident İlham Əliyevin daim diqqət mərkəzində olub və bu faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün davamlı addımlar atılıb”.

Araz Zeynalov

COP29

www.yenicag.az

2503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv