Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oqtay Əsədovun yerinə Azay Quliyev

AzNews.az_azay_oqtay_esasAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hansı dairədən namizəd olacağı dəqiqləşib.

Şura sədri bu dəfə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək. Onun bu gün, ya sabah sənədlərini təqdim edəcəyi bildirilir.

Məlumdur ki, A.Quliyev ötən dəfə 46 saylı Şirvan Seçki Dairəsindən Parlamentə düşmüşdü və seçildiyi dairədə gördüyü işlər, bir çox layihələri məhz həmin bölgədə gerçəkləşdirməsi, üstəlik bu fəaliyyətini son dövr bir qədər də artırması yenidən həmin dairədən namizəd olacağı fikrini qətiləşdirirdi. Belə olduğu halda şura sədrinin tam fərqli ərazidən namizəd olması bir qədər təəccüblü görünür.

Bildirək ki, keçən çağırış seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən spiker Oqtay Əsədov seçilmişdi.
Bir neçə gün əvvəl onun dairəsini dəyişərək, namizədliyini 45 saylı Abşeron Seçki Dairəsindən verəcəyini bildirmişdik. Dünən bu məlumat öz təsdiqini tapdı.

www.yenicag.az

425