!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Gülalıyevinin SON DURUMU - YENİLƏNDİ

!Reklam – Yazi

“City Hospital”da O.Gülalıyev üzərində aparılan cərrahiyyə əməliyyatı bitib.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəstə yaxın 20 dəqiqə ərzində əməliyyat blokundan reanimasiya şöbəsinə aparılacaq.

*** 13:19

“Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib”.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

* * * 12:41

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülaliyev vurulub. 

Yenicag.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Bildirilir ki, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:

“Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan “City Hospital”a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

www.yenicag.az

1497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv