Orban: "Aİ-nin Rusiyaya qarşı sanksiyaları Avropanı sarsıdır"

media-hightechnic-468x90

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib.

“Rusiyaya qarşı sanksiyalar Macarıstanı və Avropanı dağıdır”, – deyə V.Orban vurğulayıb. Onun sözlərinə görə, bu sanksiyalar nəticəsində Macarıstan son üç ildə 20 milyard avro itirib. “Bu, bizim ölkə üçün çox böyük məbləğdir”, – deyə Macarıstanın Baş naziri əlavə edib.

O, həmçinin bildirib ki, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır. “Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”, – deyə Macarıstan hökumətinin başçısı qeyd edib./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600