!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orban Trampın qələbəsindən sonra yeni Avropa strategiyasından DANIŞDI

!Reklam – Yazi

Macarıstanın baş naziri Viktor Orban Respublikaçılar Partiyası və Donald Trampın ABŞ seçkilərində qazandığı uğurlar fonunda Ukrayna ilə bağlı yeni Avropa strategiyasının zəruriliyini açıqlayıb.

Yenicag.az “Magyar Nemzet”ə istinadən xəbər verir ki, o, bu barədə Qırğızıstanın paytaxtı Bişkekdə türkdilli ölkələrin sammitində bildirib.

Viktor Orban çıxışında deyib ki, Amerikada respublikaçılar qalib gəldi və bu, Avropanın Ukraynaya hərbi və maliyyə dəstəyini müstəqil şəkildə davam etdirə biləcəyi sualını Avropa liderləri üçün gündəmə qoyur.

“Bununla bağlı ciddi şübhələr var, ona görə də yeni Avropa strategiyasına ehtiyac olacaq” deyən Baş nazir bu istiqamətdə ilk addımların cümə axşamı Budapeştdə, Avropa İttifaqının qeyri-rəsmi sammitində atıla biləcəyini əlavə edib.

O, həll edilməli olan ən çətin məsələ kimi Ukrayna üçün G7-nin ilkin qərarına əsasən, Avropa İttifaqı və ABŞ tərəfindən birgə maliyyələşdiriləcək 50 milyard avro kreditin taleyindən də danışıb.

Orban artıq dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsində Avropa strategiyasının uğursuzluğunu bəyan edib. Baş nazirə görə müharibəni dayandıracağına söz verən və Avropanı Ukraynaya yardımda kifayət qədər pay almadığına görə tənqid edən Donald Trampın ABŞ seçkilərində qələbəsi ona əlavə imkanlar verir.

Qeyd edək ki, Viktor Orban rəsmi nəticələri gözləmədən respublikaçı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto da təbriklərini çatdırıb və bunun Ukraynada sülhün bərqərar olmasına kömək etməli olduğunu bildirib.

Xatırladaq ki, Tramp prezident seçkilərində qalib gəldiyini bəyan etmiş və güclü, təhlükəsiz və firavan Amerika uğrunda hər gün mübarizə aparacağına söz vermişdi.

Rafi Müslümov

COP29

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv