Macarıstanın baş naziri Viktor Orban respublika rəhbərliyi ilə görüşmək üçün Qırğızıstana gedib.
Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya dövlətinin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
O, Macarıstan və Qırğızıstan arasında yüksək səviyyəli danışıqlar aparmaq üçün Bişkekə uçub. Tərəflər ikitərəfli əməkdaşlığı müzakirə edəcək və əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra sənədlər imzalayacaqlar.
Orban noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) sammitində də iştirak edəcək. Macarıstan TDT-də müşahidəçi statusuna malikdir və bir neçə dəfə uzaq türk mənşəli olduğuna görə icmaya qoşulmaq arzusunu ifadə edib.
www.yenicag.az