Orban: "Ukraynada sülhün qarşısındakı əsas maneə Avropadır"
Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin başa çatdırılmasına ən böyük maneənin Avropa olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, Orban bu fikri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin “Die Weltwoche” jurnalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, əgər avropalılar Ukrayna prezidenti Volodimir Zelenskinin və Ukrayna rəhbərliyinin müharibəni davam etdirmək və onu döyüş meydanında qazanmaq ideyasını dəstəkləməsəydilər, regionda artıq sülh hökm sürərdi.
Macarıstanın Baş naziri qeyd edib ki, mövcud vəziyyət münaqişənin həlli ilə bağlı iki fərqli yanaşmanın olması səbəbindən daha da mürəkkəbləşir.
“Bu yanaşmalardan biri Donald Trampın və Macarıstan kimi bəzi ölkələrin mövqeyidir ki, onlar sülhün tərəfdarıdır”, – deyə Orban bildirib./Apa/












