Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ordubad şəhidləri haqda kitab çap olundu - FOTO

Milli azadlıq yolunda və vətən uğrunda canlarından keçmiş qəhraman oğullarımızın daha çox xatırlanması, adlarının əbədiləşdirilməsi yolunda addımlar atılmasının vacibliyi ən yüksək dairələrdə dəfələrlə səsləndirilmişdir.

Ölkə rəhbərliyi tərəfindən edilən bu cür çıxışlarda o da qeyd olunur ki, bu yolda hər bir insan, hökümət və qeyri hökümət təşkilatları əllərindən gələni etməlidirlər.

Son vaxtlar bu qəbildən edilən işlərə biri də əlavə edilib. “HƏMRƏY” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi tərəfindən keçirilmiş layihəyə uyğun olaraq, tanınmış ictimai xadim Yəhya Babanlının müəllifliyi ilə əslən Ordubad rayonundan olan və ya vətənimizin digər bölgələrindən olub Ordubad rayonu uğrunda döyüşlərdə şəhid olan qeyrətli oğul və qızlarımızdan, o cümlədən əsrin əvvəllərində Ordubadı qorumaq üçün gələn, bu torpaqlara canını fəda edərək şəhid olan Türkiyə vətəndaşı qardaşlarımızdan bəhs edən “Qapıcıq Zirvəsinə Yüksələnlər” adlı kitab çap edilib.

Bu barədə bizə “Həmrəy”in və kitabın layihə rəhbəri, tanınmış yazar Çingiz Əliyev (Çingiz Özgür) məlumat verdi.

Layihə rəhbəri bildirdi ki, kitab müəllifi Yəhya Babanlı hazırda 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkilliyinə namizəd olduğu üçün seçiciləri ilədir.

Bu gedişdə məqsədlərdən biri də, kitabı Ordubad şəhid ailələrinə və Ordubad ictimaiyyətinə çatdırmaqdır.
Gələcəkdə Culfa rayonundan olan və Vətən yolunda canlarını fəda etmiş qəhrəman övladlarımız haqqında kitabın ərsəyə gətirilməsi qərara alınıb.

Kitaba ön söz keçdiyimiz günlərdə haqqın dərgahına qovuşan, görkəmli alim, professor Vəli Əliyev tərəfindən yazılıb. O cümlədən girişdə polkovnik, Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin “Ana Murovdan gəlirəm” adlı yazısı yer alıb.

Kitab əsasən 3 hissədən və sənədlərdən ibarətdir.

Birinci hissədə Ordubad rayonunda rəsmi qeydiyyatda olan 45 şəhid haqqında ümumi bioqrafiq məlumatlar verilib, ikinci hissədə isə şəhidlərin özlərinə aid olan məktublar, şeirlər və onların müəllimlərinin və döyüş yoldaşlarının şəhidlər haqqında xatirələri yer alıb. 3-cü hissədə isə, əsrin əvvəlində doğma qardaşını xain düşməndən qorumaqçün gəlib, canından keçən 14 igid Türk oğlundan, onların Ordubada səpələnmiş məzarlarından və Qapıcıq dağını zirvəsindən Ordubada boylanan narahat ruhlarından söz açılıb.
“Biz bu kitabla məktəblilərimizin, vətəndaşlarımızın öz qəhramanları haqda daha geniş məlumar ala bilməsini təmin edərək, şəhidlər qarşısında olan və tam verilməsi mümkün olmayan borcumuzun bir qismindən çıxmaq istəmişik”- deyə Çingiz Özgür bildirib.
Mənə elə gəlir ki, hər bir bölgəmizin belə bir kitaba ehtiyacı var.

Biz öz qəhramanlarımızı daha yaxından tanımalı və təbliğ etməliyik.

www.yenicag.az

533
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM