Ordumuzun daha bir əsgəri dünyasını dəyişdi

media-hightechnic-468x90

91374Azərbaycanda daha bir əsgər ölümü faktı qeydə alınıb. Gəncə Hərbi Prokurorluğundan verilən məlumata görə, martın 7-də “N” saylı hərbi hissədə qulluq edən əsgər Bayramov Anar Günəş oğlu dünyasını dəyişib.

Bildirilib ki, ölüm hadisəsi ilə əlaqədar olaraq Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi işi açılıb:

“Hərbçi Anar Bayramov ali təhsilli olub. Hazırda araşdırma aparılır. Ola bilsin ki, faktla əlaqədar olaraq cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə də cinayət işi açılsın. Həmin şəxsin hərbi xidmət müddəti iyul ayında başa çatmalı idi”.

Qeyd edək ki, B. Anarın ailəsi tərəfindən mətbuatda məlumatlar yayılıb. Bildirilib ki, o, hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. A. Bayramov Azərbaycan Dillər Universitetinin məzunu olub(azvision).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600