Ordunun say təkbini azaldıb, peşəkar ordu qurmalıyıq - EKSPERT

media-hightechnic-468x90

“Ordunun say təkbini də azaldıb, daha çevik, daha mobil və daha peşəkar ordu qurmalıyıq”.

media-5115

Bu fikri Azərbaycanın müdafiə xərclərini mərhələli şəkildə aşağı salmağı planlaşdırmasını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, xərclərin həcmindən asılı olmayaraq kəmiyyətdən keyfiyyətə keçid olmalıdır:

“SSRİ dağılandan sonra Qərb ölkələri ordunun xərcləri ciddi şəkildə azaltdılar. Üstündən 30 il keçəndən sonra hazırkı vəziyyətlə qarşılaşıblar. İndi də məcbur olublar ki, müdafiəyə ayrılan vəsaiti ÜDM-in 1.8 faizindən 5 faizə qaldırsınlar. Məlum səbəblərdən Azərbaycan ÜDM-in 4.8 faizi, bəzi mənbələrdə isə 5,2 faizini müdafiə xərclərinə ayırmışdı. Azərbaycan ordusu da qarşısına qoyduğu tapşırığın öhdəsindən ləyaqətlə gəldi.

Ermənistan militar siyasət yeritməsə, Azərbaycan Qarabağın bərpasına daha çox vəsait ayıra bilərdi. Görünən odur ki, Paşinyan hakimiyəti müharibə düşünmür, hətta kommunikasiyalar açılmağa doğru gedir. Humanitar yüklərin çatdırılması baş tutur. Bu da yüksələn xətlə gedəcək, 2028-ci ildə Zəngəzur dəhlizi açılacaq. Ancaq bu Ermənistandır, hər halda ehtiyatlı olmaq lazımdır. Azərbaycan bundan sonra müdafiəyə ayrılan vəsaiti səmərəli şəkildə istifadə etsə, ordunun hazırkı səviyyəsini qoruyub saxlaya bilər. Kəmiyyətdən keyfiyyətə keçməliyik. Bu hazırda var, ancaq bunun üzərində daha çox işləməliyik. Ordunun say tərkibini də azaldıb, daha çevik, daha mobil və daha peşəkar ordu qurmalıyıq ki, qarşıya qoyulan vəzifələr yerinə yetirilmiş olsun”.

 

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa