“Orta Asiya respublikalarında ruslaşma siyasəti Sovet dövründən bu yana “uğurla” həyata keçirilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qırğızıstan prezidenti Sooronbay Jeenbekovla Qazaxıstan prezidenti Qasım Cömərd Tokayevin İrəvanda Paşinyanla “selfie” çəkdirmələrini, bu iki liderin rus-erməni sevgisinin səbəblərindən danışan politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Sovet dövründə də Mərkəzi Asiya ölkələrində ruslaşma siyasətinin miqyası çox geniş olub:
“Türk sevgisi fitrətdən gələn bir məsələdir. Burada genetik kodlar mühüm rol oynasa da, əsas məsələ baş və düşüncədir. Təssüflər olsun ki, Sovet dövründə də Mərkəzi Asiya ölkələrində ruslaşma faktı daha ciddi xarakter daşıyıb.
Azərbaycan postsovet məkanındakı türk respublikaları arasında yeganə dövlət idi ki, öz mahiyyətini qoruyub saxlayırdı. Burada söhbət təkcə genetikanın yox, həm də düşüncədın gedir. Təsadüfi deyil ki, türk dünyasının birəşdirilməsinə yönəlik ideyalar hər zaman Azərbaycandan yayılıb. Bu baxımdan, həmin liderlərdən fərqli davranış gözləməyə dəyməz”.
Elçin Mirzəbəyli belə hesab edir ki, adları çəkilən ölkə başçılarının gələcəkdə şəraitə uyğun olaraq, mümkün siyasi manevrlərə əl atmaları əxlaq kriteriyalarına zidd davranış sayılacaq:
“Çox güman ki, məqamı gələndə, tamamilə fərqli bir mövqe sərgiləyəcək və bəyanatlar verəcəklər. Onlar bunu özləri üçün siyasi manevr hesab edirlərsə, bizə görə bu, əxlaq kriteriyalarına ziddir. “Selfie” çəkdirsinlər, qol-boyun olsunlar…. Nə edirlər etsinlər. Bizim üçün problem deyil.
Son nəticədə, Azərbaycan işğal altındakı torpaqlarını öz gücü ilə azad edəcək. Bu gün elə postsovet məkanındakı türk dövlətlərinin mənzərəsinə baxsaq, Azərbaycan təkcə mənəvi deyil, həm də, iqtisadi potensial baxımından həmin ölkələrdən güclüdür və ideoloji mərkəz rolunu oynayır.
Azərbaycan xalqının potensialı da imkan verir ki, kimsənin yardımı və dəstəyi olmadan öz ayaqları üzərində dayanaraq, torpaqlarını azad etsin”.
Aqil Bəkir
www.yenicag.az