Orta aylıq maaş 1200 manata çatır
Mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 929,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
2026-cı ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 1172,1 manat təşkil edib.













