82 ilin acısı İstanbulda: Ahıska sürgünü sərgidə canlandırıldı

media-hightechnic-468x90

 

media-banner_tuq

İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək “Ahıska Türkləri – İtirilmiş Sürgünün İzində” sərgisi iyunun 12-dən 27-dək ziyarətçilərin üzünə açıq olacaq.

Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar bildirib ki, DATÜB sədri Ziyatdin Kassanovun rəhbərliyi və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanan layihə iki illik işin nəticəsidir. Onun sözlərinə görə, sərgidə Ahıska türklərinin tarixi, mədəniyyəti və sürgün dövründə yaşadıqları çətinliklər müasir təqdimat üsulları ilə nümayiş etdirilir.

DATÜB rəsmisi qeyd edib ki, sərgiyə Türkiyənin müxtəlif dövlət qurumlarının nümayəndələrinin, ictimai-siyasi xadimlərin və çoxsaylı ziyarətçilərin qatılması gözlənilir.

1944-cü il noyabrın 14-də SSRİ rəhbəri İosif Stalinin əmri ilə Ahıska türkləri doğma yurdları olan Gürcüstanın Ahıska bölgəsindən zorla Orta Asiyaya deportasiya edilmişdi. Qazaxıstan, Qırğızıstan və Özbəkistana göndərilən minlərlə insan ağır şəraitdə böyük itkilərlə üzləşmişdi.

Fuat Uçar bildirib ki, sərginin əsas məqsədi Ahıska türklərinin yaddaşında dərin iz buraxan bu faciəni gələcək nəsillərə çatdırmaq və onların zəngin mədəni irsini tanıtmaqdır.

Onun sözlərinə görə, layihənin gələcəkdə daimi muzey formatında fəaliyyət göstərməsi də planlaşdırılır. Bu istiqamətdə Ankarada Ahıska türklərinin tarixinə həsr olunmuş muzeyin yaradılması nəzərdə tutulur.

DATÜB Baş katibi Türkiyənin Ahıska türklərinə göstərdiyi dəstəyə də toxunaraq, Ankara tərəfindən məskunlaşma, yaşayış icazəsi və vətəndaşlıq məsələlərində mühüm addımlar atıldığını vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05