İran ABŞ ilə razılaşma mətninin hazır olması barədə məlumatları təkzib etd
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair sazişin mətnini hələ təsdiqləməyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumat “New York Post” qəzetinin Tehranın saziş layihəsi üzərində işi başa çatdıraraq sənədi Qətərə, oradan isə Vaşinqtona göndərdiyi barədə xəbərindən sonra verilib.
Mənbənin sözlərinə görə, razılaşmanın mətninin hazır olması və İran tərəfindən təsdiqlənməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sülh sazişi ilə bağlı ilkin razılığın əldə olunduğunu bildirmişdi./Apa/













