Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı

media-hightechnic-468x90

İyunun 11-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələr, eləcə də regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün nəticələri ilə bağlı hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, bu gün Bolqarıstana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə təhlükəsizliyin uzunmüddətli təminatının əsas şərtinin Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması olduğunu bəyan edib.

“Gözləntimiz beynəlxalq hüquqa əsaslanan davamlı və ədalətli sülhün ən qısa müddətdə əldə olunmasıdır”, – deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05