!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərdə buraxılış imtahanlarının qaydası dəyişdirilir – YENİ ŞƏRTLƏR

!Reklam – Yazi

“Gələn il buraxılış imtahanları 9-cu siniflər üçün iki, 11-ci siniflər üçün isə bir mərhələdə olacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi bildirib.

Gələn il üçün nəzərdə tutulan buraxılış imtahanlarının şərtlərinə münasibət bildirən ekspert vurğulayıb ki, buraxılış imtahanlarında maksimum balın 300 bal olacağı gözlənilir:

“2020-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları 9-cu siniflər üçün iki mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə), 11-ci siniflər üçün isə bir mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə) olacaq. Şagirdlərin 9 və11-ci siniflərin buraxılış imtahanlarında maksimum əldə edə biləcəkləri bal isə 300 baldır. Belə ki, 9-cu siniflər üçün I mərhələdə hər fənn üzrə 30 və cəm olaraq 90 bal , II mərhələdə isə hər fənn üzrə 70 və cəm olaraq 210 bal hesablanır. 11-ci siniflərdə isə hər fənn üzrə 100 bal, cəm isə 300 bal təşkil edir”.

Ekspert bildirib ki, növbəti il üçün nəzərdə tutulan peşə məktəbləri üçün buraxılış imtahanları isə builki tarixdə keçiriləcək:

“Buraxılış imtahanlarının tarixləri ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin başlanğıcında məlumat veriləcək. Peşə məktəbləri üçün fevral ayında buraxılış imtahanları keçiriləcək. 9-cu siniflər üçün I mərhələ mart ayında, II mərhələ iyun, 11-ci siniflər üçün isə buraxılış imtahanlarının aprel ayında keçirilməsi düşünülür”.

Gülşən Şərif

www.yenicag.az

1741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv