!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərlə bağlı TƏKLİFLƏR – Şagirdlərin vaxtı dərslərdə necə itir?

!Reklam – Yazi

“Müxtəlif fənləri az-az keçməkdənsə, müəyyən dərsləri daha çox keçmək daha uyğun hesab olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında şagirdlərin dərs çeşidinin azaldılması və təhsildə keyfiyyətin artırılması barədə danışan təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, məktəblərdə əhəmiyyətsiz dərs olduğunu düşünmür.

“Sadəcə, müxtəlif dövrlərdə prioritetləşdirilməsi lazım olan dərslər var. Məsələn, aşağı siniflərdə dərslərin çeşidindən çox onların yükünü artırmağa ehtiyacımız var. Ona görə də müxtəlif fənləri az-az keçməkdənsə, müəyyən dərsləri daha çox keçmək daha uyğun hesab olunur. Əgər bir şagirdin 13-15 fərqli dərsi var və hərəsi həftədə 1, yaxud 2 saatdırsa, bu dərslərdən çox da bir şey öyrənə bilmir. Öyrənə biləcəyi məzmun bəlkə də bir-iki aya öyrənə biləcəyi məzmundur, amma bu bir ilə yayılır. Beləcə şagirdin burada vaxtı itir”, – deyə o bildirib.

Ekspert tövsiyə edir ki, dərslərin çeşidi azaldılaraq, dərinliyi artırılsın.

“Yuxarı siniflərdə bu təmayül siniflərinə görə daha da uyğun hala gətirilə bilər. Şagird 7, 8, yaxud 9-cu sinifdə hansı sahəyə gedəcəyini müəyyən etsin ki, ona yönəlik dərslər keçsin. Bu, Kembric sistemində də belədir. Bütün dərslər bütün şagirdlər üçün keçirilmir. Yuxarı siniflərə doğru dərslərin sayı azaldılaraq, yükü artırılır. Şagirdlər, ümumiyyətlə, yeddi 45 dəqiqə məktəbdə qalırlarsa, onlar üçün yemək təşkil olunması da zəruri hala çevrilir. Ona görə də məktəblərdə tam keyfiyyətli bufet hazırlanmalıdır ki, şagirdlər orada qidalana bilsin. Əgər bu təşkil olunmursa, saat 8-də dərsə gələn şagirdi 14:00-a kimi məktəbdə saxlamaq çox çətin məsələyə çevrilir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv