Suriya və Livanın müdafiə nazirlikləri ümumi sərhəddə atəşkəsin yaradılması və əməliyyatların koordinasiyasının gücləndirilməsi barədə razılığa gəliblər.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Suriya Müdafiə Nazirliyi livanlı həmkarları ilə razılığa gəldiyini bildirib.
Livanın Milli Xəbər Agentliyi öz növbəsində bildirib ki, müdafiə naziri Mişel Menassa suriyalı həmkarı Marhaf Əbu Kəsra ilə telefon danışığında iki ölkə sərhədində baş verənləri müzakirə edib./unikal
www.yenicag.az