Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Orta və ali məktəblərdə tədrisin bərpası: “Təhlükəsizlik qaydaları təmin edilməsə…” - Elçin Əfəndi

“Hər bir təhsil müəssisəsinin girişində termometrlər quraşdırılmalı və hərarəti olan şəxslər qapıdan içəri buraxılmamalıdır”.

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin mayın 4-nə qədər uzadılması haqda qərar qəbul edib. Bu isə o deməkdir ki, orta və ali məktəblərdə tədris prosesini həmin tarixdə bərpa etmək olar. Bununla beıə, tədrisin bərpası üçün zəruri təhlükəsizlik tədbirlərinin hansı səviyyədə icra ediləcəyi indidən maraq doğurur.

Bu barədə Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, karantin rejiminin elan edilmiş son tarixi məlum olsa da, tədrisin məhz o ərəfədə bərpa olunacağını əminliklə söyləmək çətindir:

“Karantindən sonra ilk iş günü olaraq, 4 may tarixi göstərilib. Ancaq biz qəti şəkildə bilmirik, həmin tarixdə dərslər başlanacaq, ya yox. Çünki ölkədə hazırda 2 milyona yaxın əhali məhz təhsil sahəsinə bağlıdır.

Bu, onu deməyə əsas verir ki, dərslərin birbaşa 4 may tarixində başlanması üçün dünya miqyasında pandemiyanın yayılma dərəcəsi azalmalı, ölkəmizdə yoluxma və ölüm halı sıfır səviyyəsinə endirilməlidir”.

Elçin Əfəndiyə görə, karantin rejiminin ləğvindən sonra tədris prosesini müəyyən təhlükəsizlik şərtlərini təmin etməklə, yenidən başlamaq olar:

“Əvvəla, hər bir təhsil müəssisəsi dezinfeskiya işlərini başa çatdırmalıdır. İkincisi, bütün təhsil müəssisələri tələb olunan sayda tibbi maska ilə təchiz olunmalı, müəllim və şagirdlərin hər birinə paylanılmalıdır.

Üçüncüsü, hər bir təhsil müəssisəsinin girişində termometrlər quraşdırılmalı və hərarəti olan şəxslər qapıdan içəri buraxılmamalıdır. Dördüncüsü isə otaqlarda əyləşərkən və ya ayaqüstü dinləmə zamanı sosial məsafə gözlənilməli, hər bir şagird parta arxasında tək əyləşməlidir.

Düzdür, hazırda siniflərin və şagirdlərin sayı baxımından, bunu təmin etmək asan olmasa da, həmin şərtlər maksimum nəzərə alınmalıdır. Bu şərtlər təmin edilərsə, mayın 4-dən etibarən, ölkə ərazisində tədrisi bərpa etmək olar. Əks halda, bu, qeyri-mümkün görünür”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

3635
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100