!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oruc İbarahimov kiçik sahibkarla görüşdü - FOTO

!Reklam – Yazi

9 fevral növbədənkənar Parlament seçkilərinin keçirilməsinə az bir müddət qala namizədlər seçiciləri ilə görüşüb, onları dinləyib, problemləri ilə yaxından tanış olurlar.

Namizdələrin seçki dönəmindəki fəallığını izləmək, onların keçirdiyi görüşlərdən xəbər tutmaq üçün sosial medianın bizə böyük köməyi dəyir.

Görüşlərinin aktiv şəkildə sosial mediada işıqlandırıldığı namizədlərdən biri də Oruc İbrahimovdur. Qeyd edək ki, o, namizədliyini Nərimanov rayonu 19 saylı sekçi dairəsindən irəli sürüb.

O, bütün təbəqədən olan seçiciləri görüşüb, onların problemlərini dinləyir. Oruc İbrahimovun son görüşlərindən biri də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən kiçik sahibkarla olub.

O. İbrahimov bildirib ki, ərazimizdə çoxsaylı kiçik sahibkarlar- çayçılar, bərbərlər, kiçik mağaza sahibləri, avtoyuyucu məntəqə işlədənlər, avtomobil təmiri işi görənlər, müxtəlif oyun salonları işlədənlər var: “Belə şəxslərin sayı çoxdur və onların da problemləri çoxsaylıdır. Korrupsiya, haqsız rəqabət və s. bu kimi problemlər insanlara öz fəaliyyətlərini səmərəli şəkildə qurmaq imkanı vermir. Məqsəd onların qarşısına çıxan istənilən problemi daha yuxarı dairələrə çatdıraraq imkan daxilində həll etməkdir. Çünki belə kiçik sahibkarların ərazinin rifahına qatqısı böyükdür”.

Qeyd edək ki, Oruc İbrahimov platformasında da kiçik sahibkarların problemlərinin həllinə kömək göstərməyi özünə borc hesab etdiyini qeyd edib.

COP29

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv