Orxan Zeynalovun cəzası dəyişmədi

media-hightechnic-468x90

64015Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Məlumata görə, Rusiya Federal Ali Məhkəməsində keçirilən prosesdə O. Zeynalovun vəkili Abbasmirzə Abdullayev məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barədə məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, bu il iyulun 28-də Moskva Şəhər Məhkəməsi O. Zeynalovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi və Y. Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödəməsi barədə hökm çıxarıb.  (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600