Osimhen “Fənərbağça” ilə derbi matçında oynayacaq
Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhen Superliqanın XIV turunda “Fənərbağça” ilə keçiriləcək derbidə meydana çıxa biləcək.
Yenicag.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək məlumat verib.
“Osimhen bazar ertəsi, yəqin ki, heyətdə olacaq. Hədəfimiz də budur. Zədədən qayıdan digər futbolçularımız da böyük ehtimalla heyətdə yer alacaqlar. Meydana yaxşı heyətlə çıxacağıq”, – deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, dekabrın 1-də “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İstanbul derbisini Yasin Kol idarə edəcək.












