Oslo hava limanı dronlar səbəbindən enişləri müvəqqəti dayandırdı

media-hightechnic-468x90

Norveçin Oslo hava limanı bu səhər yaxınlıqda pilotsuz uçuş aparatlarının görünməsi barədə məlumat alındıqdan sonra enişləri müvəqqəti dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, bu səbəbdən hava limanına yaxınlaşan bir neçə təyyarənin enişi gecikdirilib və ya başqa hava limanlarına yönləndirilib.

Son həftələrdə Avropanın bir neçə hava limanı dronların görünməsi və hava məkanının pozulması səbəbindən dəfələrlə təzyiq altında olub. Kopenhagen, Oslo və Münhen hava limanlarında oxşar hadisələr baş verib, bu da əlavə yoxlamalar və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa