Osman Ateşli: “İqtisadiyyatımızın inkişafı üçün media olaraq əlimizdən gələni edirik”

media-hightechnic-468x90

“Media olaraq bu strateji əməkdaşlığı dəstəkləmək üçün əlimizdən gələni edirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən Türkiyənin “Haber7.com” portalının baş redaktoru Osman Ateşli deyib.

Bakıdakı forumun iki ölkə arasındakı iqtisadi bağları sarsılmaz etdiyini bildirən O. Ateşli, iş dünyasının üzərinə götürdüyü məsuliyyəti yüksək qiymətləndirib:

“Burada ciddi bir fədakarlıq var. İş adamlarımız iki ölkənin iqtisadiyyatını inkişaf etdirməyi özlərinə vəzifə borcu biliblər. Hazırda ticarət dövriyyəmiz 8 milyard dollardır, lakin hədəfimiz 15 milyard dollara çatmaqdır. Forum çərçivəsində həm Azərbaycan Baş nazirinin, həm də Türkiyə vitse-prezidenti Cevdet Yılmazın verdiyi açıqlamalar bu hədəfə sadiqliyimizi bir daha təsdiqlədi”.

Türkiyədən 25 nəfərlik jurnalist heyəti ilə Bakıya gəldiklərini qeyd edən baş redaktor, medianın bu prosesdəki rolunu xüsusi vurğulayıb:

“Biz media olaraq iqtisadi əməkdaşlığın təbliği üçün hər cür dəstəyi verməyə hazırıq. Türkiyə və Azərbaycan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu coğrafi üstünlük və qardaşlıq iradəsi ticarətimizi qarşıdakı illərdə daha da zirvəyə daşıyacaq. İki qardaş ölkə olaraq birlikdə güclənməyə davam edəcəyik”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa