Osman Öztekin: “Vətənini, bayrağını sevən hər kəs qardaşdır” – VİDEOMÜSAHİBƏ
Türkiyənin tanınmış müğənnisi Osman Öztekin Azərbaycana səfər edib.
“Tempo TV”də yayımlanan “Osman Öztekinlə Show” verilişi, eləcə də ifa etdiyi mahnıları ilə ölkəmizdə də geniş rəğbət qazanan sənətçi Yenicag.az-ın qonağı olub.
Azərbaycana ilk dəfə təşrif buyuran O.Öztekin yaxın zamanlarda azərbaycanlı pərəstişkarları qarşısında geniş solo-konsert proqramı ilə çıxış etməyi planlaşdırdığını bildirib.
Türkiyə-Azərbaycan qardaşlığından söz açan sənətçi Bakının gözəlliyinə heyran qaldığını xüsusi vurğulayıb.
Həmin videomüsahibəni təqdim edirik:
Cəvahir
Samir Məcidov













