Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ötən ay Azərbaycanda 442 min ton neft məhsulları istehsal olunub

Bu ilin yanvar ayı ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 199,5 mln. manat olub.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2% azalıb.
Yanvar ayında istehsal olunan neft məhsullarının həcmi isə 441,8 min ton olub.

Ötən ay 108,6 min ton avtomobil benzini istehsal olunub, bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə 8,4% çoxdur.

Yanvar ayında 19,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 54,9 min ton ağ neft, 163,9 min ton dizel yanacağı, 69,9 min ton yanacaq mazutu, 1,4 min ton sürtkü yağları, 10,8 min ton neft bitumu, 13 min ton neft koksu istehsal olunub.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 32,2%, sürtkü yağları istehsalı 75%, neft bitumu istehsalı 0,9%, neft koksu istehsalı 80,6% artıb.

Ağ neftin istehsalı 7,9%, yanacaq mazutunun istehsalı 28,5%, dizel yanacağının istehsalı isə 17,5% azalıb.

Bu il fevralın 1-nə 34,7 min ton avtomobil benzini, 1,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 18,6 min ton ağ neft, 80,5 min ton dizel yanacağı, 12,3 min ton yanacaq mazutu, 5,9 min ton sürtkü yağları, 17,1 min ton neft bitumu, 34,8 min ton neft koksu hazır məhsul ehtiyatı qalıb.

Yeniçağ.Az

www.yenicag.az

586