Ötən il Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi açıqlandı

Ötən il Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi 14,5 milyon ton təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“2024-cü ildə Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 8,4% artaraq, 14,5 milyon ton təşkil edib”, – deyə paylaşımda qeyd olunub.