Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 140 şəxs (o cümlədən 13 nəfər xarici vətəndaş) saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Bildirilib ki, maddi sübut kimi 106 ədəd ov silahı, 938 ədəd patron, qanunsuz ovlanmış 149 baş quş, 5 baş heyvan götürülmüş, hüquq-mühafizə orqanlarına 14, icra şöbələrinə 107 və məhkəmələrə 21 iş göndərilib.
Balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində Xəzər dənizində və ölkənin daxili su hövzələrində 69,7 min metr uzunluğunda 1,4 min ədəd sintetik tor və qanunsuz ovlanmış 7,3 min ədəd balıq aşkar edilərək götürülüb. Faktlar üzrə 439 ədəd akt və 331 ədəd protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli məcburi göstəriş verilib, tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına 37, icra şöbələrinə 207 və məhkəmələrə 30 iş göndərilib.
İl ərzində qanunsuz ovla bağlı 2 iş hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib./report
www.yenicag.az