“Övladınızın əlinə smartfon yox, "düyməli" telefon verin” – Valideynlərə XƏBƏRDARLIQ

media-hightechnic-468x90

“Uşaqlarınızı tərbiyəli böyütmək istəyirsinizsə, 16 yaşına qədər onları smartfon və kompüterlərdən uzaq tutun”

Bu sözləri Yenicag.aza açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

media-photo_179165

Sosioloq son günlər artan uşaq cinayətlərinin səbəblərini və bu dəhşətli halların qarşısının alınma yollarını geniş izah edib:

“Təəssüf ki, cəmiyyətdə uşaq aqressivliyinin və kriminallığının sayı sürətlə artır. Bu, uşaq tərbiyəsində çox ciddi problemlərin olduğunu göstərir. Biz cəmiyyət olaraq tərbiyə məsələsini arxa plana atmışıq. Bu vəziyyət üç əsas faktorla bağlıdır: ailə, məktəb və ətraf mühit. Hər üçündə də vəziyyət acınacaqlıdır.

Bəzi psixoloqlar ailələrə ‘uşaqlara azadlıq verin’ deyərək onları nəzarətsiz qoymağı təbliğ edir. Nəticədə uşaqlar həm real, həm də virtual aləmdə tam nəzarətsiz qalır. Azyaşlıların əlinə smartfon verilir və onların hər cür materiala baxmasına icazə verilir ki, bu da onları psixotron terrora məruz qoyur. Mən təklif edirəm ki, 16 yaşa qədər uşaqlara smartfon verilməsin əlaqə üçün sadə, düyməli telefonlar kifayətdir. İnternet isə yalnız valideyn nəzarəti ilə və faydalı məlumatlar üçün istifadə edilməlidir. Həmçinin valideynlər övladlarının həyətdə kimlərlə oturub-durduğuna mütləq nəzarət etməlidir”.

E. Bayramlı məktəblərin hazırkı durumuna da toxunaraq, tərbiyə funksiyasının geri qaytarılmasına çağırıb:

“Öncələr məktəb təlim-tərbiyə ocağı idi. İndi isə ‘şagirdyönümlü təhsil’ adı altında məktəbin əlindən tərbiyə funksiyası alınıb, müəllim səlahiyyətsiz qoyulub. Uşaqlar günlərinin yarısını keçirdikləri məktəbdə tam nəzarətsiz, heç bir tənbehə məruz qalmadan özbaşına davranırlar. Artıq məktəblərdə cibində bıçaq gəzdirib dava edən uşaqlar görürük, çünki bilirlər ki, onlara heç kim heç nə deyə bilməz. Bu halların qarşısını almaq üçün məktəblərə tərbiyə funksiyası geri qaytarılmalı, şagird üzərində nəzarət və tənbeh bərpa edilməlidir”.

Sosioloq uşaqların asudə vaxtının təşkili ilə bağlı maliyyə çətinliklərini də vurğulayıb:

“Əvvəllər ödənişsiz yaradıcılıq və idman mərkəzləri vardı. İndi belə yerlər həm azdır, həm də pulludur. İmkansız ailələr hər uşaq üçün ayda 50-100 manat ödəyə bilmir. Belə olduqda isə uşaqlar asudə vaxtlarını internetdə vəhşilik və aqressiya dolu oyunlarla keçirirlər. Bu, onların alt şüuruna hopur; adam öldürmək, quldurluq etmək beyinlərində adiləşir. Sağlam gənclik istəyiriksə, bu məqamlara təcili müdaxilə etməliyik”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05