!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oxçuçayı bu alman şirkəti çirkləndirir – TRT Deutsch

!Reklam – Yazi

Alman “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində Ermənistandan başlanğıcını götürən və Azərbaycan ərazisindən keçən Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu TRT Deutsch portalı işğaldan azada edilmiş Zəngilan rayonundan hazırlanan reportajda xüsusi vurğulanıb.

Reportajda müxbir Rana Taşkoparan Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçay çayının çirklənməsindən narahatlığını ifadə edib.

Süjetdə “Cronimet Holdinq”in Ermənistandakı mədən sənayesində fəal iştirak etdiyi və bununla da Oxçuçay çayının sənaye tullantıları ilə çirkləndirildiyi qeyd olunur. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Amma görünən odur ki, Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatının tullantıları Oxçuçaya axıdıldığından bu çay fəlakətə çevrilib. Oxçuçayın suyunun laboratoriya analizi göstərib ki, burada böyük və təhlükəli həcmdə ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom var.

Müxbir bu şirkətin Almaniyanın Karlsruhe şəhərində yerləşdiyini və yüzdə 60 paya sahib olan Ermənistanın ən böyük vergi ödəyicisi olan Zangezur Mis-Molibden kombinatının əsas səhmdarı olduğunu diqqətə çatdırıb.

TRT Deutsch qeyd edir ki, Oxçuçay çayının Ermənistan tərəfindən mədən sənayesi tərəfindən çirklənməsi regional problemdən qlobal problemə çevrilir. Çirklənmə səviyyəsi humanitar fəlakətin astanasındadır. Bu isə, Cənubi Qafqazın ən böyük su mənbələrindən biri olan Araz çayının suyunun keyfiyyətinə mənfi təsir edir.

COP29

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv