!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oxuduqlarım məni dəhşətə gətirdi, o pulların ölkədən necə çıxarıldığı araşdırılmalıdır” – Vahid Əhmədov

!Reklam – Yazi

“Mətbuat bizim üçün dördüncü hakimiyyətdir və biz orada yazılanları həmişə nəzərə almalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosial şəbəkədə qanunvericiliyin tələbləri əsasında sahibkarlıq fəaliyyətinə qadağa qoyulmuş çox sayda məmur və millət vəkilinin xarici ölkələrdə geniş biznes şəbəkəsi qurduqlarını əks etdirən sənədlərin yayılmasına münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili qeyd olunan materiallar barəsində məlumatlı olduğunu və həmin məlumatlardan dəhşətə gəldiyini deyib: “Düzdü, mən o məlumatların nə dərəcədə doğru və ya səhv olduğunu deyə bilmərəm. Bu məsələlər ciddi araşdırma tələb edir və araşdırılmalıdır. Açığı, oxuduqlarım məni dəhşətə gətirdi. Çünki çox ciddi rəqəmlər və maliyyə yatırımlarından söhbət gedir. Yenə deyirəm, o materiallar araşdırılmalıdır”.

Qeyd edək ki, hazırda mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Azərbaycandan olan bir sıra məmur və deputatların xarici ölkələrdə həyata keçirdikləri biznes fəaliyyətinə dair çox sayda material yayımlayıb. Jurnalistin bununla bağlı konkret sənədlər açıqlamasına baxmayaraq, onun araşdırmalarında adları keçən məmur və deputatların qanunsuz biznes fəaliyyətinin müvafiq dövlət orqanları tərəfindən yoxlanılması haqda məlumatlar yoxdur.

Firuz Asanov

COP29

www.yenicag.az

4238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv