!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oyun asılılığı psixi xəstəlikdir? - Siyahıya daxil edildi

!Reklam – Yazi

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı əksər insanlar tərəfindən sevimli məşğuliyyət hesab edilən kompüter oyunlarından asılılığı psixi xəstəlik kimi tanıyaraq onu rəsmi xəstəliklər siyahısına daxil edib.

Yenicag.az xəbər verir ki, yeni qanunun 2022-ci ildə qüvvəyə minəcəyinə baxmayaraq artıq Böyük Britaniyada xəstəliyin müalicəsi üçün ilk klinika fəaliyyətə başlayıb.

Bir ay ərzində klinikaya müraciət edən 43 nəfərin yalnız 22-sinin müalicəyə və xəstəxanaya yerləşdirilməyə razı olduğu bildirilib.

Hazırda xəstələrin əksər hissəsini problemli yeniyetmələr təşkil edir.

Məlumata görə, klinika oyun asılılığından müalicə üçün qabaqcıl metodlardan istifadə edir: terapiyaya dərmanla müalicə daxil deyil, oyun sessiyalarından istifadə isə tam məhdudlaşdırılmır.

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv