!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Oyunçularımı sevirəm" - Qriqorçukdan qələbə şərhi  

!Reklam – Yazi

“Nə deyə bilərəm ki? Biz çox sevincliyik, çünki bu, adi qalibiyyət, sadəcə turu keçmək deyil. Ən ağır məqamda çox ehtiyacımız olan qələbə qazandıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Yagelloniya” üzərində 2:0 hesablı qələbə qazanan təmsilçimiz növbəti mərhələyə adladı.

Matçdan sonra təşkil olunmuş mətbuat konfransında danışan ukraynalı mütəxəssis fikirlərini bölüşüb: “İstəyirəm deyim ki, oyunçularımı sevirəm. Onlarla fəxr edirəm. Belə ağır bir situasiyada onlar mümkünsüz deməzdim, ancaq çox ciddi nəticə əldə etdilər. Bu, bizim üçün çox vacib qələbə idi. Düşünürəm ki, bundan sonra hər gün, hər oyun daha yaxşı olacağıq. Hər şey düşündüyüm kimi gedir. Bu gün ilk oyuna baxanda daha yaxşı idik. Görürəm ki, bizim daha da inkişaf etmək üçün potensialımız var. Ola bilsin ki, yanlış anlaşılsın. Ağır vəziyyət deyəndə klubdakı hansısa çətinliyi nəzərdə tutmuram. Çətinlik odur ki, bizim yeni komandamız var və minimum vaxtda onları bir yerə yığmışıq”.

– Sizdən “Panatinaikos”u necə keçməyin yollarını soruşmaq istəyirdik, çünki siz bir dəfə bunu bacarmısınız. Ancaq ehtiyac qalmadı…

– Bəli, bir dəfə yunanları keçmişik. Ancaq indi tamam fərqli komandadı. O oyunlardan cəmi bir neçə oyunçu qalıb. “Panatinaikos” elə komandadı ki, onlar haqqında pis nəsə demək olmaz. Yunan futbolunun brendidir. Bilirik ki, bizi qarşıda çox ciddi və həm də çox maraqlı oyun gözləyir.

Yenicag.az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv