Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbək jurnalist nəvəsinin adını Mehriban qoydu - Birinci vitse-prezidentin şərəfinə  

“Mən Azərbaycan prezidenti İlham Əliyevin xanımı, ölkənizin Birinci vitse-prezidenti Mehriban Əliyevadan Özbəkistana səfəri zamanı müsahibə götürmüşəm.”

Yenicag.az xəbər verir ki, bu sözləri Avropa.info-ya 36 ildir mətbuatda olan, Özbəkistanın müstəqil ORİAT Teleradiokompaniyasının baş redaktoru Hacımurad Atakulov deyib.

Türkiyə hökumətinin dəvəti ilə bir həftəlik səfərdə Özbəkistan nümayəndə heyətində təmsil olunan Atakulov, həmin səfərin iştirakçısı olan Avropa.info-nun əməkdaşı ilə söhbətləşib. Qocaman jurnalistin dediyinə görə, Mehriban Əliyeva ilə müsahibə onda xoş təəsürat yaradıb.

“Mehriban xanımın Birinci vitse-prezident təyin olunmasına çox sevindim. Mən Mehriban xanımın Özbəkistan səfəri zamanı bizim radio üçün ondan qısa müsahibə götürmüşdüm. Müsahibə zamanı Mehriban xanım Azərbaycan -Özbəkistan əlaqələrindən danışaraq iki ölkənin qardaş olduğunu bildirmişdi. Azərbaycanın birinci xanımı ilə müsahibə məndə xoş təəsürat yaratmışdı. Həmin vaxt mənim nəvəm dünyaya gəlməli idi. Müsahibədən sonra, özümə söz verdim ki, dünyaya gələcək nəvəm qız olarsa, ona Mehriban adını qoyacağam. Mehriban Əliyeva ilə müsahibədən qısa müddət sonra, mənim nəvəm dünyaya gəldi və həm də uşaq qız idi. Mən nəvəmin adını Azərbaycanın birinci xanımının şərəfinə Mehriban qoydum” deyə jurnalist Hacımurad Atakulov qeyd edib.

Yenicag.az

Loading...

www.yenicag.az

790
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100