Özbəkistanda prezident seçkiləri başa çatdı – YENİLƏNDİ

Özbəkistanda yerli vaxtla saat 20:00 -da prezident seçkiləri başa çatıb.

Yenicag.az xəbər verir ki, ölkə üzrə 9 925 seçki məntəqəsi fəaliyyət göstərib. Bunda əlavə, ölkə xaricində 54 dairə və 380 mobil məntəqə də seçicilərin təşkil edilmişdir.

Özbəkistanın Mərkəzi Seçki Komissiyası seçicilərin siyahasına 19,9 milyon vətəndaşın adının salındığını bildirmişdir, bununla belə 400 mindən artıq seçici vaxtından əvvəl səsvermədə iştirak etmişdir. Bu proses oktyabrın 14-dən 20-dək davam edib. Seçici aktivliyi 70 %-dən artıq olub.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib.

***

10:33

Özbəkistanda prezident seçkilərinə start verilib.

Yenicag.az-ın məlumatına görə, prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçki prosesi 20:00-dək davam edəcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri izləmək üçün 960 çox müşahidəçi akkreditasiya olunub.

Seçkilərin baş tutması üçün səs verənlər ümumi seçici sayının azı 33%-ni təşkil etməlidir.