!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəl sektor üçün VERGİ TƏTİLİ? – “Xidmət sektorunda vəziyyət belə davam edə bilməz”

!Reklam – Yazi

“Mövcud xüsusi rejimdə kommunal ödənişlərin ilkin olaraq, bir-iki ay dayandırılması zəruridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının ölkə iqtisadiyyatının müəyyən sahələrinə, xüsusilə, xidmət sektoruna neqativ təsirlərini şərh edən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevin sözlərinə görə, insanları təşvişə salan koronavirus təhlükəsi dünya üzrə milli iqtisadiyyatlara on milyardlarla dollar məbləğində ziyan vurmaqda davam edir.

Azərbaycanda ötən həftədən etibarən, toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb:

“Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi və yoluxucu xəstəliyin nə vaxt səngiyəcəyi isə məlum deyil.

Ancaq xidmət və ticarət sektorunda bu vəziyyət çox davam edə bilməz. Rəsmi məlumatlara inansaq, təkcə mehmanxana və restoranların hesabına yaradılan gündəlik əlavə dəyər təxminən 5 milyon manat civarındadır.

Bu göstərici topdan və pərakəndə ticarətdə gündəlik 21 milyon manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sektorunda 20 milyon manat təşkil edir. İndi hər gün bu dəyərin müəyyən hissəsini itiririk. Artıq bu tendensiya istehsal sektoruna keçməkdədir”.

Samir Əliyev qeyd edib ki, yaranan vəziyyət fonunda Azərbaycan dövləti biznesə dəstək vermək barədə düşünməlidir:

“Turizm şirkətlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara vergi tətilinin verilməsi, 2020-ci ilin I rübü üzrə vergi hesabatlarının verilməsində qanunvericiliyin pozulması hallarına görə cərimələrin tətbiqinin dayandırılması zəruridır.

Eyni zamanda, vergi yoxlamalarının 1-2 ay müddətinə dayandırılmasına və kommunal xidmətlərlə təminatda fasiləsizliyin təmin edilməsinə ehtiyac var”.

Ekspert hesab edir ki, iqtisadi aktivliyin təmin edilməsi üçün yanacağın (A-92, dizel və s.) qiymətinin ucuzlaşdırılması vacibdir:

“Bununla yanaşı, ərzaq və dərman ləvazimatlarının idxalında “yaşıl dəhliz”in təmin edilməsi, nağdsız ödənişləri dəstəkləmək üçün taksi xidmətləri (UBER, BOLT) zamanı kart vasitəsilə ödənişə tətbiq edilən ƏDV-nin ləğvi, otellər və ictimai iaşə obyektlərinin illik əmlak vergisindən azad edilməsi zəruridir”.

Gülşən Şərif

www.yenicag.az

1262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv