!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Özümü körpüdən atacağam" dedi, meyiti Kürdən tapıldı - TƏFƏRRÜAT

!Reklam – Yazi

Dəfələrlə özünü Yevlax körpüsündən atacam deyən kişinin meyiti Kür çayından tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı Unikal.org-a bəzi təfərrüatlar məlum olub.

Araşdırma zamanı meyiti tapılan şəxsin 1991 – ci il təvəllüdlü  Kəlbəcər rayon sakini  Mehdi Nazim oğlu Musayev olduğu məüyyən edilib. Belə ki adıçəkilən şəxs dəfələrlə intihar edəcəyi barədə doğmalarını xəbərdar edib. O, yaxınlarına  özümü Yevlax körpüsündən atacağam deyib. Ən son o bu barədə sentyabrın 26- da xəbərdarlıq edib. Həmin vaxtdan 30 yaşlı Mehdidən xəbər olmayıb.

Sentyabrın 30-da ailə övladlarının axtarışı ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Nəhayət günlər sonrası əldə olunan ilkin məlumata əsasən, Göygöl rayonunda məskunlaşan Kəlbəcər  rayon sakininin meyiti Kür çayının Yevlax rayonu ərazisindən keçən dayaz bir nöqtədə suyun üzünə çıxıb.  Ətrafdakıların köməyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Meyit axtarışı elan olunan şəxsin yaşadığı bölgəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv