!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü it sümüyü ilə ölü təqdim edən şirkət rəhbəri: “Məsuliyyətdən yayınmaq üçün...” - MƏHKƏMƏ

!Reklam – Yazi

Azərbaycanda dələduzluqla bağlı barəsində aparılan araşdırmaya görə özünü ölmüş kimi təqdim edən “Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin gəlmədiyi məlum olub.

Hakim deyib ki, məhkəmə tərəfindən zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı da qərar çıxarılıb. Buna baxmayaraq, onların prosesdə iştirakı təmin olunmayıb. Qərarın icra olunması istiqamətində addımlar atılacaq.

Qeyd edək ki, “Kaspian İnşaat MB” tikinti şirkətinin direktoru olmuş Qəniyev mənzil dələduzluğunda ittiham olunur. İddia olunur ki, o, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb.

Rafət Qəniyev deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri olub. Öz beyninin məhsulu olduğunu deyən təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu yolu düşünüb.

Ötən məhkəmə iclaslarında ifadə verən Rəhman Rəhmanov deyib ki, “Kaspian İnşaat MB” şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə ay sonra bilib ki, evini başqasına satıblar: “Evimin orderini başqası mənə göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi 3 nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb, satıblar”.

Rəhman Rəhmanov hesab edib ki, bu işləri görmək təkcə Qəniyevlik deyil. Onun fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub: “Bu işləri görmək onun başı üçün deyil. Ona kimsə kömək edib”.

Rafət Qəniyev təsdiqləyib ki, Rəhman Rəhmanovun mənzilini 3 nəfərə satıb. Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə, başqasına satıb.

Başqa bir zərərçəkən Firudin Əhmədzadə 2010-cu ildə şirkətdən mənzil alıb və o vaxtdan orada yaşayır. Evinin başqasına satıldığını isə Qəniyev cinayət məsuliyyətinə cəlb olunandan sonra prokurorluqda öyrənib. Deyir ki, indiyədək kimsə gəlib onu narahat etməyib.

İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv