!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Palıd” işıq üzü görüb

!Reklam – Yazi

141744263171811698_750x500Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları N.B.Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli bir vəsait olan “Palıd” elmi əsərini nəşr etdiriblər.

Nəcəf Bəy Vəzirovun bu günədək ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, ancaq bu əsər bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib.

Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstutitunun şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.

“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitdir. Əsər çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını müəyyənləşdirmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.

Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışanlar və bu yöndə tədqiqat işləri aparan elmi işçilər üçün əvəzsiz vəsaitdir.

(azertag.com)

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv