Pana Film-dən möhtəşəm “Xaşxaşilər” lahiyəsi
“Kurtlar Vadisi” teleserialını meydana gətirən “Pana Film” kino şirkəti yeni ekran əsəri “Xaşxaşilər” adlı film ərsəyə gətirəcək
Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Səlcuq imperatorluğunun qüdrətli dövrlərindən bəhs edəcək teleserialda, Alparslan, Hassan Sabbah, Nizam-ül Mülk Ömər Xəyyam kimi tarixi şəxsiyyətlər canlandırılacaq.
Qeyd edək ki, teleserialın əsas motivi Xaşxaşilər olacaq. Xaşxaşilərə Hassan Sabbah adlı şəxs başçılıq etməsindən və Səlcuq imperatorluğuna qarşı fəaliyyətlərindən bəhs ediləcək.
Layihənin nə vaxt gerçəkləşəcəyi isə hələlik bəlli deyil. Lakin yaxınlarda bu ekran əsəri tamaşaçıların ixtiyarına veriləcəyi barədə məlumat var.
Həmçinin “Alparslan” adlı filmin də sözügedən şirkət tərəfindən realaşdırılması gözlənilir.