Kişi aparıcıdan Ayana: “Yansın dilim ağzımda...” - FOTOLAR
“Sizcə, qırmızı doğrudan da eşq rəmzidir?”
Yenicag.az xəbər verir ki, müğənni Ayan Babakişiyeva sosial şəbəkə izləyicilərinə bu sualla müraciət edib.
Qırmızı libasda pozlar verən ifaçı yeni fotolarını izləyiciləri ilə bölüşüb. Ayanın sualı qısa zamanda müzakirələrə səbəb olub. Bu müzakirəyə şou əhli də biganə qalmayıb. Tanınmış müğənni Xatirə İslam həmkarının sualına yumorla “Elə şey yoxdur” cavabını yazıb.
Aparıcı İsa Şükürov isə Ayanın gözəlliyini məşhur qəzəlin “Yansın dilim ağzımda desəm, nazını az et” beyti ilə vəsf edib. Müğənni ona “Yansın da…” deyə qarşılıq verib.
Şərhlərdə “Mən sənə aşiq” yazaraq ifaçıya eşq elan edənlər də az olmayıb.

Nehru













