Papa Avropadan ədalət tələb etdi

media-hightechnic-468x90

71250Avropa Parlamenti qarşısında çıxış edən Roma Papası Fransisk bildirib ki, Avropa vahid, ədalətli miqrasiya siyasətini müəynləşdirməlidir.

Məlumata görə, Roma Papası bununla əlaqədar köməyə ehtiyacı olan minlərlə qaçqını misal çəkib. Fransiskin fikrincə hazırki vəziyyət insanların həyatına təhdiddir və sosial münaqişələrə yol açır.

Katolik kilsəsinin başçısı avropalı parlamentariləri miqrantlar üçün iş yerlərinin çoxaldılması yönündə işlər görməyə çağırıb. “Biz Aralıq dənizi sahillərini nəhənq qəbirstanlıq olmasına yol verməyəcəyik” – deyə Fransisk bildirib.

İlk dəfə deyil ki, kotolik kilsəsinin başçısı miqrant probleminə diqqət cəlb etmək istəyir. 2013-cü ildə Roma Papası minlərlə qaçqın üçün sığınacaq olan Lampeduza adasını ziyarət etmişdi. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600