Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Yenicag.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.
Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.
Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb – 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.
Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib./Report/
***19:24
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Yenicag.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.
Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb – 9:4, 11:1.
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib./Report/
***14:31
Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Yenicag.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib.
www.yenicag.az