"Paris-2024": Sena çayında Azərbaycan idmançılarının paradı oldu

media-hightechnic-468x90

Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

Yenicag.az xəbər verir ki, Sena çayında baş tutan parada idmançılarımız 16-cı sırada qatılıblar.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa