!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paris və Vaşinqtondan ədalətsiz SİYASƏT: “Ermənilərin əlində oyuncağa çevriliblər”

!Reklam – Yazi

 

“Nəzərə almalıyıq ki, son dövrlər, xüsusilə Fransa və ABŞ-dən Azərbaycan əleyhinə kəskin ritorika artıb”.

Bu barədə Yenicag.az-ın suallarını cavablayarkən politoloq Tural İsmayılov deyib.

Siyasi şərhçi son dövrlər kəskinləşən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa münasibətlərini, habelə Azərbaycanla ABŞ arasındakı əlaqələrin kəsilməsi, eləcə də Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmaması məsələlərini şərh edib.

T.İsmayılovun sual edib ki, əgər bu gün Fransa Senatı başdan-ayağa Avropa parlamentindəki ermənipərəst dairələrin əlində oyuncağa çevrilibsə, Azərbaycan Milli Məclisinin Fransanın qanunverici orqanı ilə hansı əməkdaşlığından söhbət gedə bilər?

Onun sözlərinə görə, eyni zamanda, ABŞ də, təəssüflər olsun ki, Ermənistanı “çətir dövləti”nə çevirmək və Cənubi Qafqazda Ermənistan vasitəsilə özünün imperialist siyasətini həyata keçirmək üçün Azərbaycan əleyhinə ABŞ-dəki erməni lobbisinin təsiri ilə müxtəlif konqresmenləri və “senatorlar”ı ortaya atıb.

“Belə olan təqdirdə, Milli Məclisin bəzi millət vəkili çox haqlı olaraq xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ-Azərbaycan münasibətlərinin dayandırılmasını təklifni irəli sürüblər. Bu gün USAID-in rəhbəri Samanta Pauer hər həftə Ermənistandadır və demək olar ki, Ermənistana yardımın həcmini 250 milyon dollara qədər artırıb. Bu halda, USAID-in Azərbaycanda hansısa layihə həyata keçirməsinin özü absurddur. Yəni 30 il ərzində başqa bir ölkənin torpaqlarını işğal edən, eyni zamanda, sülhlə bağlı çağırışları həmişə bloklayan və nəticədə müharibəyə səbəb olan bir ölkəyə yardım edib, işğala məruz qalan Azərbaycanı minatəmizləmə də daxil olmaqla bir sıra humanitar məsələlərdə görməzdən gəlmək Vaşinqtonun ədalətsiz siyasətinin nəticəsidir”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv